Klub xəbərləri
- 01.03.2012 / 0 şərh / 1656 -dəfə baxılıb
- “İnter” klubunun hücumçusu Baçana Tsxadadze Unibank Premyer Liqasının XXII turu çərçivəsində “Bakı” ilə keçiriləcək oyun haqda fikirlərini bölüşüb.
Klubun rəsmi saytına danışan gürcüstanlı forvard bu görüşdə qələbə qazanmaq istədiklərini bildirib:
"Biz bilirik ki, “Bakı” ilə qarşılaşma çətin olacaq, lakin komanda oyuna ciddi köklənir və hazırlaşır. Biz bu komandayla mövsümün birinci hissəsində baş vermiş hadisəni unutmamışıq.
Layiqli qələbə qazanmaq və birinci hissədə baş vermiş ədalətsizliyi düzəltmək istəyirik. “Bakı” futbolçularıyla prinsipimiz yoxdur, biz sadəcə qalib gəlmək istəyirik".