Klub xəbərləri
- 01.03.2012 / 0 şərh / 1828 -dəfə baxılıb
- “Bakı”ya qarşı oyunlar hər zaman çətin keçir. Çünki bu komandanın yaxşı futbolçu və məşqçi heyəti var. Rəqibə hörmətlə yanaşırıq”. Bu sözlər Bakının “İnter” klubunun futbolçusu Samir Zərgərova məxsusdur.
Paytaxt klubunda əsas heyət üzvünə çevrilən Zərgərov derbi öncəsi bir qədər ehtiyatlı danışdı: “Futbolda hər saniyənin öz hökmü var. Qətiyyətlə deyə bilmərəm ki, biz “Bakı”nı üstələyəcəyik. Derbidə şanslarımız bərabərdir. Daha güclü oynayan tərəf qalib gələcək. Sadəcə, ümidvaram ki, sonda udan tərəf biz olacağıq”.
Samir Zərgərov bu oyuna ciddi şans kimi yanaşır: “Bildiyiniz kimi, əsas məqsədimiz titul qazanmaqdır. Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşmışıq. “Bakı”ya qalib gəlməklə turnir cədvəlində yerimizi daha da möhkəmləndirə və zirvəyə iddiamızı davam etdirə bilərik. Kollektivdə hər kəs bu məsuliyyəti dərk edir və oyuna tam gücü ilə hazırlaşır”.
Qeyd edək ki, “Bakı” – “İnter” oyunu martın 30-da baş tutacaq.