Klub xəbərləri
- 02.03.2012 / 0 şərh / 1762 -dəfə baxılıb
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 22-ci turunun AZAL-la oyunu öncəsi fikirlərini açıqlayıb:
“AZAL çox çətin rəqibdi. İlk altılığa düşmək şanslarının az olmasına baxmayaraq, əllərindən gələni edəcəklərinə əminəm. Bizim də hədəfimiz 3 xal qazanmaqdan ibarətdi. Əlbəttə, futbolçularımızın bəziləri yorğun ola bilərlər. Hər halda yığmanın toplanışından yenicə qayıdıblar. Amma bu, yığma komandadı. Milliyə görə nəyisə qurban vermək lazımdı”.