Klub xəbərləri
- 04.03.2012 / 0 şərh / 1701 -dəfə baxılıb
- “Uzun müddətdi ki, uduzmurduq. Belə vəziyyətdə komandanı oyuna kökləmək çətin olur. Bu günkü oyuna çox pis başladıq. Futboçlular oyuna uyğunlaşa bilmədi. Bu da məğlubiyyətə səbəb oldu”.Bu sözləri “Bakı” ilə oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov isə qələbədən danışıb: “İki fərqli hissə oldu. Oyuna çox gözəl başladıq. Təbii ki, qoldan sonra hesabı qorumaqla yanaşı, gözəl oyun sərgiləməyə də çalışdıq. Qırmızı vərəqədən sonra isə daha çox hesabı qorumaq istədik. Futbolçularım bunu bacardı. Bu hələ son deyil. Bütün komandaların problemləri ola bilər, bizdə də həmçinin. Amma bunlar yavaş-yavaş həll olunur”.