Klub xəbərləri
- 04.03.2012 / 0 şərh / 1730 -dəfə baxılıb
- “Bütün oyunçularımıza və məşqçilər heyətinə təşəkkür edirəm. Komanda Marko Şarliyadan başlamış Uinston Parksa qədər yumruq kimi birlik göstərdi. Biz yaxşı müdafiə olunduq və layiqli qələbə qazandıq”. Bu sözləri “İnter”lə oyunla bağlı danışan “Bakı”nın futbolçusu Denis İvanov deyib.
Latviyalı oyunçu komanda yoldaşlarına inandığını bildirib: “Mən komandamıza inanıram, hər şey yaxşı olmalıdı. Biz güclü oyunçulara malik bir komandayıq. Bunun nəticəsi özünü göstərməlidi”.