Klub xəbərləri
- 06.03.2012 / 0 şərh / 1629 -dəfə baxılıb
- Baş məşqçi Sergey Yuran və köməkçi məşqçilərin ardından daha bir əcnəbi düşərgədən uzaqlaşdırılıb. Bu, Litva millisinin də şərəfini qoruyan Robertas Poşkusdur. Artıq uzun müddətdir ki, müxtəlif problemləri əsas gətirərək, düşərgədə nadir hallarda görünən hücumçu komandadan birdəfəlik uzaqlaşdırılıb.
Qeyd edək ki, Poşkus artıq ikinci Azərbaycan klubu ilə problem yaşayır. O bundan öncə “İnter”də qaydalara əməl etmədiyinə görə, baş məşqçi Kaxaber Tsxadadze tərəfindən cəzalandırılmışdı.