Klub xəbərləri
- 07.03.2012 / 0 şərh / 1708 -dəfə baxılıb
- Unibank Premyer Liqasının XIX turunda "Qarabağ" doğma azarkeşləri önündə "Simurq"u 2:0 məğlub etdi. Oyundan sonra keçirilən mətbuat konfransında hər iki komandanın çalışdırıcısı fikirlərini bölüşüb.
İqor Getman: “Qurban müəllimi və "Qarabağ"ı təbrik edirəm. Çox gözəl oyun göstərdilər. Bizim komanda da yaxşı oyun göstərdi. Təəssüf ki məğlub olduq”.
Qurban Qurbanov: “Təbrikə görə təşəkkür edirəm. Baxımlı oyun alındı. "Simurq" mənim üçün sevimli komandadır. Həmişə yüksək yerlər tutmağa layiqdir. Hər iki komanda əla oynadı. Qarşıdakı oyunlarda "Simurq"a uğurlar arzulayıram”.