Klub xəbərləri
- 07.03.2012 / 0 şərh / 1599 -dəfə baxılıb
- Unibank Premyer Liqasının XIX turunda "Xəzər Lənkəran" səfərdə "Turan" üzərində minimal hesablı qələbə qazanıb. Oyundan sonra mətbuat konfransı keçirilib. Tədbirdə hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb:
Cüneyt Biçər:“Əvvəlcədən bilirdik ki, bu oyun bizim üçün çətin olacaq.Rəqibimiz bundan öncəki hər iki oyunda minimal hesabla məğlub olmuşdu. Erkən vurduğumuz qol bizə üstünlük qazandırdı. Bu cür meydanda oynamaq çətin olsa da, qəlbə qazandıq. Final mərhələsində oynumuzu daha da yaxşılaşdıracağıq”.
Əsgər Abdullayev:“Erkən qol buraxmağımız oyunumuza təsir etdi. Bir neçə qol imkanımız olsa da, bundan yararlana bilmədik. Belə güclü komanda ilə normal oynadıq. “Xəzər Lənkəran” klubuna uğurlar arzulayıram”.