Klub xəbərləri
- 07.03.2012 / 0 şərh / 1611 -dəfə baxılıb
- Unibank Premyer Liqasında "Kəpəz" doğma azarkeşləri önündə əzmkar qələbə qazandı. Oyunda hesabı "Qəbələ" futbolçuları açsa da, sonradan təşəbbüsü ələ alan Gəncə təmsilçisi uğur əldə etdi -3:2. Oyundan sonra hər iki komandanın məşqçiləri fikirlərini bölüşdülər:
Fatih Kavlak: “Çox gözəl oyun keçdi. Onları qələbə münasibətilə təbrik edirəm. Qarşıda bizi ilk altılığın oyunları gözləyir. Daha yaxşı oynamağa çalışacağıq”.
Fuad İsmayılov: “İlk qoldan sonra rəqib azlıqda qaldı. Bu da bizə hücum futbolu oynamağa imkan verdi. İkinci hissədə gözəl oyun nümayiş etdirdik və qalib gəldik”.