Klub xəbərləri
- 07.03.2012 / 0 şərh / 1892 -dəfə baxılıb
Unibank Premyer Liqasının XIX turunda "Bakı" doğma azarkeşləri önündə "Neftçi"yə məğlub oldu - 1:3. Oyundan sonra keçirilən mətbuat konfransında hər iki komandanın baş məşqçisi fikirlərini bölüşdülər:
Böyükağa Hacıyev: “Komandam bu gün yaxşı təsir bağışladı. İlk hissədə erkən qol vurmağımız da xeyrimizə oldu. İlk hissədə 3 qol vursaq da, fasilədən sonra komandada arxayınçılıq var idi. Ancaq yenə də komandamın oyunundan razı qaldım. Əsasən də gənc futbolçuların oyununu bəyəndim. "Neftçi" haqda çox danışmaq istəmirəm. Hər şey göz qabağında idi”.
Aleksandr Starkov: “Təəssüf ki, erkən qol buraxdıq. İkinci qol əks hücumdan, üçüncü top isə standart vəziyyətdən qapımıza vuruldu. Sürətdə "Neftçi"yə uduzurduq. Yenə də komandam ikinci hissədə özünü toparlaya bildi və hətta bir qol da vurmağa nail olduq. Məğlubiyyətə erkən qol səbəb oldu. Komandanın heyətində olan yerli futbolçular da yaxşı təsir bağışladılar. Yeni gələn legionerlərə isə bir qədər vaxt lazımdı”