Klub xəbərləri
- 09.03.2012 / 0 şərh / 1766 -dəfə baxılıb
- "İnter"in seneqallı yarımmüdafiəçisi İbrahima Niasse klubun rəsmi saytına verdiyi müsahibəsində "Rəvan"la matç barədə danışıb və digər suallara cavab verib.
- Baxmayaraq ki, "Rəvan" ilk altılığa düşmək şansını itirmişdi, matç kifayət qədər çətin alındı...
- "Bakı"dan aldığımız məğlubiyyətdən sonra bizə bu oyunda qələbə qazanmaq çox vacib idi. Rəqib də həmçinin ciddi köklənmişdi. Düşünürəm ki, pis oynamadıq, xüsusilə də birinci hissədə yaxşı oynadıq. Ümumilikdə, hesab edirəm ki, nəticə oyuna görə oldu. Biz bu qələbəyə və 3 xala layiq idik.
- Sən qələbə topunun müəllifi oldu. Bundan başqa, bu, sənin "İnter"in heyətində ilk qolun idi...
- Bilirsiniz, kimin qol vurması vacib deyil, vacib olanı odu ki, komanda qələbə əldə etdi. Bəli, bu mənim ilk qolum idi və gələcəkdə də komandaya xeyir vermək istərdim.
- Bu, çempionatın təsnifat mərhələsinin son oyunu oldu, indi komandanı ilk altılıqda mübarizə gözləyir. Qarşıdakı matçlar barədə nə düşünürsən?
- Deyim ki, altılıqda yaxşı komandalar toplaşıb və hər biri yüksək yerlər uğrunda mübarizə aparmaq iqtidarındadı. Artıq çətin oyunlar keçirmişik, lakin bizi qarşıda daha çətin oyunlar gözləyir. Bir sözlə, bizə çox çətin olacaq.