Klub xəbərləri
- 09.03.2012 / 0 şərh / 1723 -dəfə baxılıb
- “Bakı” rəhbərliyi latviyalı baş məşqçi Aleksandr Starkovla yollarını ayırmaq barədə fikirləşmir. Bu haqda jurnalistlərə açıqlamasında komandanın prezidenti Hafiz Məmmədov deyib.
Bu gün yenidən İcraiyyə Komitəsinə üzv seçilən Məmmədov komandanın uğursuz çıxışının baş məşqçi dəyişikliyinə səbəb olmayacağını bildirib: “Mövsümün sonunadək komandamızın baş məşqçi postunda hər hansı dəyişikliyin olacağından söhbət gedə bilməz. O, öz işini peşəkarcasına görür. Getmək lazım olacağı halda, buna Starkovun özü qərar verəcək”.