Klub xəbərləri
- 10.03.2012 / 0 şərh / 1739 -dəfə baxılıb
- “Altılıq”da zəif rəqib yoxdu. Başa düşürəm ki, rəqiblərimiz də bizi dayandırmağa çalışacaqlar. Əsl mübarizə hələ qarşıdadı. Komandama inanıram”. Bu sözləri “Neftçi”nin prezidenti Sadıq Sadıqov deyib.
Klub rəhbəri qış transfer dövründə heyətə yeni futbolçu qatmamalarının səbəbləri barədə danışıb: “Bizim formalaşmış heyətimiz var. Buna görə də kimisə götürməyə ehtiyac duymadıq. Yayda heyəti gücləndirməyimiz mümkündü. Amma indidən bu barədə danışmaq tezdi. Çempionlar Liqasına vəsiqə qazansaq, əlimizdən gələni edəcəyik ki, Azərbaycanı layiqincə təmsil edək”.