Klub xəbərləri
- 11.03.2012 / 0 şərh / 1782 -dəfə baxılıb
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov və baş məşqçi Aleksandr Starkov arasında görüş keçirilib. Geniş mövzuların müzakirə olunduğu toplantının nəticəsi kimi mühim qərar qəbul olunub.
“Bakı” futbol klubu ilə Aleksandr Starkov arasında əldə olunan qarşılıqlı razılıq əsasında latviyalı mütəxəssisin müqaviləsinə xitam verilib.
Aleksandr Starkov 2011-ci ilin yanvar ayında "Bakı" futbol klubunun baş məşqçisi təyin olunmuşdu. Hazırda baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq komandanın məşqçisi Novruz Əzimova tapşırılıb.