Klub xəbərləri
- 13.03.2012 / 0 şərh / 2052 -dəfə baxılıb
"Xəzər Lənkəran" və millimizin qapıçısı Kamran Ağayev bir neçə ildi legioner karyerası yaşamağa söz versə də, sözünün üstündə dura bilmir ki, bilmir.
Ancaq deyəsən bu dəfə vəziyyət dəyişir. "Xəzər TV"-də efirə gedən "Futbol saatı" verilişinin qonağı olan Kamran çox vacib açıqlamalar verib. Təcrübəli qolkiper bu yay "Xəzər Lənkəran"ı tərk edəcəyini bildirib: "Yayda gedirəm. Legioner həyatı yaşamağın vaxtıdı və təkliflər də var. Sadəcə, müqaviləmin vaxtı bu yaya qədərdi. Bu müddət ərzində "Xəzər Lənkəran"a xidmət edib, klubdan ayrılacam. Bu haqda rəhbərliklə də danışmışıq. Bu yay gedəcəm".