Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
13.03.2012 / 0 şərh / 1870 -dəfə baxılıb

Qazandığım hər bir uğura görə atama borcluyam (Müsahibə)

“Bakı” futbol klubunun uşaq və yeniyetmə futbolçular üçün nəşr etdirdiyi “Toplu Bakı” jurnalı ənənəvi müsahibələr silsiləsindən növbəti yazısını təqdim edir. “Kumir” rubrikasının bugünkü qonağı “Bakı” və Latviya milli komandasının hücumçusu Maris Verpakovskidi. Qəhrəmanımızla yaxından tanış olaq.

Doğum tarixi: 15 oktyabr 1979
Doğum yeri: Lipeya, Latviya
Mövqeyi: hücumçu
Boyu: 173 sm , çəkisi: 68 kq
Forma nömrəsi: 30
Klub: “Barselona”
Futbolçular: Messi və Çikarito
Parfüm: Farengeyt Dior White
İdealı: İlmars Verpakovski
Avto marka: BMW

Karyerası: 1999-2000 -ci illərdə “Metallurq”(Liepeya), 2001-2003-cü illərdə “Skonto” (Riqa), 2003-2011-ci illərdə “Dinamo” Kiyevin idman şərəfini qoruyub. İcarə əsasında 2007-ci ildə “Getafe”, 2007-2008-ci illərdə “Hajduk Split” və 2008-ci ildə “Selta de Viqo”, 2009-2011-ci illərdə isə Yunanıstanın “Erqotelis” klubunda çıxış edib.Milli karyerası: Latviya millisinin heyətində 90 oyun keçirib 29 qol vurub.

2003-cü ilin dekabr ayında Kiyev “Dinamo”su ilə müqavilə imzalayır. Latviya çempionatında 114 oyuna 48 qol vuran futbolçunun bu keçidi kiçik Latviya üçün böyük uğur hesab olunurdu. Bu isə təsadüfi deyildi. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan Latviya millisinin əsas qol silahı bu “reaktiv” sürətli futbolçu idi. Həmin il onun ölkədə “ilin adamı” seçilməsi də maraq doğururdu. Pley-of oyunlarında Türkiyə kimi dünya nəhəngini sıradan çıxarmağı bacaran Starkovun komandası 2004-cü ildə özünün “qızıl dövrü”nü yaşadı. Maris isə Kiyev “Dinamo”sunun əsas qol silahına çevrildi.

- Maris etiraz etmirsinizsə, söhbətimizə sizin uşaqlıq illərindən başlamaq istərdim…
- Latviyanın Baltik dənizi sahillərində yerləşən kiçik Liepaja şəhərində anadan olmuşam. Şəhərimizin bir yanı dəniz, digər tərəfi isə Liepaja gölü ilə əhatə olunub. Anam mağazada satıcı, atam isə futbolçu olub. O, 1980-cı illərdə II liqada çıxış edən yerli “Zveynieks” klubunda oynayırdı. Dövrün ən məşhur futbolçularından biri idi. Şəhərimizdə onu hamı tanıyırdı. Xatırımdədır ki, 1991-cı ildə o, Latviyanın milli komandasına də çağrılırdı. Bir sözlə, uşaqlığım futbolla bağlı olub. 4-5 yaşımdan məhəllə uşaqları ilə evimizin qarşısında futbol oynardıq. Mən çox kiçik olsam da, saatlarla həyətdə futbol oynamaqdan yorulmazdım. Tez-tez atamın yanında məşqlərə, oyunlara gedirdim. Elə futbola da ilk dəfə atamın rəhbərliyi altında başlamışam.

- Uşaqlığınızla bağlı hansı maraqlı xatirəni oxucularımızla bölüşmək istərdiniz?
- Bir dəfə, atama baxmaq üçün stadiona getmişdim. Onlar oyunu qapalı meydançada keçirirdi. Mən sizə balaca uşaqlarla birgə meydandan çıxan topları futbolçulara verirdim. Qapının arxasında dayanmışdım. Birdən atam topa elə bir zərbə vurdu ki, top qapıya doğru deyil düz mənim qoluma istiqamətləndi. Əvvəlcə ağrı hiss etməsəm də sonra bildik ki zərbədən qolum sınıb. Belə bir uğursuz təsadüfü, atamla həmişə təbəssümlə xatırlayırıq.

- Belə başa düşdüm ki, atanız həyatınızda müstəsna rol oynayıb?
- Qazandığım hər bir uğura görə ona borcluyam. Həmişə onunla məsləhətləşirəm. Elə “Bakı”ya keçəndə də ilk olaraq onunla götür-qoy etdim. O, yerli komandanın kapitanı idi. Hücumameylli yarımmüdafiəçi kimi uzun müddət 10 nömrəni geyinib. Əlbəttə, futbolu seçməyimdə rolu olsa da, o, məni buna heç vaxt məcbur etməyib.

- 2004-cü ildə Latviya futbolu tarixində sensasiya baş verdi. Sizin çıxış etdiyiniz komanda qrupda İsveç, Polşa və Macarıstan kimi güclü rəqibləri qabaqlayıb, pley-ofda dünya üçüncüsü Türkiyəni məğlub etməklə “Avro-2004”ə yollandı. Həmin uğuru necə xatırlayırsan?
- Finala çıxmaq bizim üçün fantastik bir uğur idi. Millinin heyətində uzun illər “Skonto”da birgə oynadığım futbolçular cəmləşmişdi. Aramızda ulduz olmasa da, Aleksandr Starkovun rəhbərliyi ilə əla komandamız vardı. Həmin il Latviyada hamı futboldan danışırdı. 2003-cü il üçün ölkəmdə Latviyanı Avropada layiqincə təmsil etdiyimə görə məni “İlin adamı” seçdilər. O vaxt biz Avropa birliyinin üzvü seçilmək istəyirdik. Mənin uğurlarım yerinə düşürdü.

- “Avro-2004”dən sonra siz Avropa səviyyəli ulduza çevrildiniz…
- Çempionatdan sonra mənə çoxlu təkliflər gəlməyə başladı. “Bavariya”, “Arsenal” kimi nəhənglər maraqlansa da, rəsmi olaraq Yunanıstanın “Olimpiyakos”, Rusiyanın “Krılya Sovetov” və Ukraynanın “Dinamo” klubları mənə təklif göndərdi. Elə alındı ki, “Dinamo”nu seçdim. Çünki bu klubun prezidenti cənab Surkis mənimlə şəxsən əlaqə saxladı və fikrində ciddi olduğunu bildirdi. Arxamca təyyarə də göndərmişdi.

- Söhbətimizin sonuna yetdik. Bu da sonuncu sual: Sizin kimi futbolçuların ölkəmizə gəlişi hər şeydən öncə gənclərimiz üçün faydalıdır. Təcrübəli futbolçu kimi, futbolçu olmaq istəyən yeniyetmə və gənclərə hansı məsləhətlərinız var?
- Azərbaycanda futbolun inkişafı yeni başlayıb. Klubların maddi imkanınn olması, təcrübəli futbolçuların çempionatınıza dəvəti yaxşı haldır. Futbolçuların özünü yaxşı hiss etməsi üçün, azarkeşlərin meydanlara gəlməsi üçün, stadionlar inşa edilməlidir. İnsanlar rahat şəkildə ora daxil olaraq maraqlı istirahət edə bilməli, futbolçular isə keyfiyyətli ot örtüyündə bacardıqlarını nümayiş etdirməlidir. Keyfiyyətsiz meydançalarda kimi istəsəniz dəvət edin, heç bir nəticə olmayacaq. Belə futbol azarkeşlərə də maraqsızdır. İnanıram ki, Azərbaycanda ildən ilə yeni stadionlar tikiləcək və futbol inkişaf edəcək. Belə də atmosfer də başqa cür olacaq.
Uşaqlara əsas məsləhətim odur ki, onlar öz arzularının arxasınca getsinlər, heç vaxt ruhdan düşməsinlər. Futbol əla peşədir. Bununla onlar həm əylənə həm də bununla pul qazanıb ailələrinə kömək edə bilərlər. Amma yaxşı futbolçu olmaq asan deyil bunun üçün, çox sınaqlardan keçmək lazımdır. Bir sözlə arzularınıza doğru gedin.

 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.