Klub xəbərləri
- 15.03.2012 / 0 şərh / 2641 -dəfə baxılıb
- "Bu matçda meydana komandanın kapitanı qismində çıxmışdım. Təbii ki, belə vəziyyətdə məsuliyyət də birə-iki artır". Bu sözləri "Neftçi"nin müdafiəçisi Ruslan Abışov "Kəpəz"lə oyundan sonra (2:1) klubun rəsmi saytına açıqlamasında deyib.
Abışov görüşlə bağlı daha sonra bunları bildirib: "Əsas heyətin bir neçə futbolçusu bu qarşılaşmada meydanda deyildi. Bununla belə, qələbə qazanmağı bacardıq. Cavab oyununda da azarkeşlərimizi sevindirməyə çalışacağıq".