Klub xəbərləri
- 15.03.2012 / 0 şərh / 1744 -dəfə baxılıb
- "Zədəli olduğuma görə son oyunlarda start heyətində meydana çıxa bilmirdim. Sevinirəm ki, bu matçda qol vurdum". Bu sözləri "Neftçi"nin futbolçusu Denis Silva "Kəpəz"lə oyundan sonra (2:1) klubun rəsmi saytına açıqlamasında deyib.
Braziliyalı futbolçu qələbə qazanmalarına baxmayaraq, arxayınlaşmadıqlarını bildirib: "Əsası odur ki, komandamız qələbə qazandı. Bununla belə, arxayınlaşmırıq, qarşıda hələ cavab matçı var. Həmin görüşdə də qələbə qazanıb yarımfinala adlamaq istəyirik".