Klub xəbərləri
- 15.03.2012 / 0 şərh / 1823 -dəfə baxılıb
- “Qəbələ münasibəti ilə hamını təbrik edirəm. Komanda olaraq buna ehtiyacamız var idi”. Bu sözləri AZAL-la oyunla bağlı danışarkən “Bakı”nın futbolçusu Elvin Məmmədov deyib.
Məmmədov oyunun sonlarında özlərini itirdiklərini bildirib: “3 qol vursaq da, son 15 dəqiqədə rəqib bizi çox sıxdı. Bu da normaldı. Komanda 0:3 hesabı ilə uduzursa, hücuma keçəcək. Bir az bizdə təşviş yarandı. Buraxılan qoldan sonra bir az ruhdan düşdük, amma əsas odu ki, qələbə qazana bildik”.
Elvin mərhələ adlayacaqlarına inanır: “Qəbələyə baxmayaraq, cavab oyunu bizim üçün çətin olacaq. İnşallah, cavab matçında daha yaxşı oynayıb, mərhələ adlayarıq”.