Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
15.03.2012 / 0 şərh / 1920 -dəfə baxılıb

Elnur Allahverdiyev Biçərin taktikasını qınadı (Müsahibə)

"Xəzər Lənkəran"ın müdafiəçisi Elnur Allahverdiyevin müsahibəsi

- Elnur, ilk növbədə "İnter"lə qarşılaşma haqda fikrin necədir?
- Gərgin və maraqlı oyun oldu. Komandamız hesabda irəlidə olduğu halda sonda məğlubiyyətlə üzləşdi. Buna layiq deyildik. Məğlubiyyət mənə çox pis təsir etdi. Heç vaxt uduzmağı qəbul edə bilmirəm. Çalışıb məğlub olmamaq lazım idi. Komanda uduzubsa, hamı məsuliyyət daşıyır, günahkardır.

- Bu oyunda yerin görünürdümü?
- Əvəzedilməz futbolçu yoxdur. Komandamızda məndən savayı 25 futbolçu var. Mənə deyə bilmərəm ki, meydanda olsaydım məğlub olmayacaqdıq. Hər şeyi oyun göstərir.

- Sənin mövqeyində çıxış edən futbolçu yaxşı oynadı?
- Müdafiədə yaxşı oynanılsaydı, məğlub olmazdıq.

- Qapıçı Kamal Bayramov da səhvlərə yol verir. Səncə, Kamran Ağayev olsaydı, inamlı oynayardı?
- Konkret olaraq Kamalı günahkar hesab etmək düzgün deyil. Hər kəs səhvinə görə cavab verir.

- Komandanızda nə çatmadı?
- Komandamız aqressiv oyun və öz gücünü lazımi səviyyədə göstərməyi bacarmadı. Futbolçularımız buraya qələbə dalınca gəldiklərini sübut edə bilmədilər. Komandamız oyun zamanı daha çox müdafiədə oturdu ki, nəticədə qapımızda üç qol gördük.

- Məğlubiyyətdə əsasən baş məşqçinin günahı var?
- Bu haqda mən nəsə deyə bilmərəm. Buna görə bütün kollektivin günahı var. Oyunun videoyazısına baxılacaq, təhlil olunacaq.

- Mərhələ keçmək şansını necə dəyərləndirirsən?
- Səfərdə iki qol vurmaq yaxşıdır. Hesab edirəm ki, yarımfinala vəsiqə qazanmaq şansımız çoxdur. Cavab oyununda bu məğlubiyyətin əvəzini çıxmağa borcluyuq.

- Çempionatda "Qarabağ"a məğlubiyyətdən sonra "Xəzər Lənkəran" rəhbərliyinin baş məşqçi və futbolçulara ciddi xəbərdarlıq etdiyi bildirilir.
- Hazırda zədə ilə əlaqədar müalicə olunuram. Bundan xəbərim yoxdur. Ancaq məncə belə şey olmayıb. Klub rəhbərliyi heç vaxt belə addım atmır.

- Premyer Liqadan nə gözləyirsən?
- 5 xallıq fərqi aradan qaldırmaq mümkündür. Fikrimcə, çempion olmağa 4 komanda - "Neftçi", "İnter", "Xəzər Lənkəran" və "Qarabağ"ın şansı var.

- Özün nə vaxt meydana qayıdacaqsan?
- İnşallah, martın 24-də “Neftçi” ilə baş tutacaq oyuna hazır olaram.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.