Klub xəbərləri
- 16.03.2012 / 0 şərh / 1825 -dəfə baxılıb
- "Dünən təklif gəldi, danışıqlar apardıq. Bu gün də müqavilə imzaladıq". Bu sözləri “Xəzər Lənkəran”a baş məşqçi təyin olunan Yunis Hüseynov deyib.
Bu gün klubun ofisində “Xəzər Lənkəran”la 2 illik müqaviləyə imza atan mütəxəssis rəhbərliyin onun qarşısına qoyduğu hədəflərdən danışıb: "Xəzər Lənkəran"ın hər zaman yüksək hədəfləri olub. Bundan sonra da belə olacaq. Həm çempion olmaq, həm də kuboku qazanmaq istəyirik".
Təcrübəli mütəxəssis hazırda heyətdə yer alan futbolçulardan heç birinin göndərilməyəcəyini deyib: "Heç bir futbolçunu göndərmək fikrim yoxdu. Bu heyətlə yolumuza davam edəcəyik. İnşallah, sonda istəyimizə nail olacağıq".