Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
16.03.2012 / 0 şərh / 2056 -dəfə baxılıb

Parks: Mənə pas atsınlar ki, qol da vurum (Müsahibə)

“Bakı”nın hücumçusu Uinston Parksın müsahibəsi

- Niyə oynamırsan?
- Zədəm var. "Neftçi" ilə oyunda ayağımdan zədə almışam.

- Ciddidi vəziyyətin?
- Hər halda özümdən asılıdı.

- Kənardan komandanın oyununu seyr etmək çətin deyil sənə?
- Çətindi, amma nə edim... Çempionatın ən vacib yerində zədə aldım. Mən tribunadan oyuna baxmağa öyrəşməmişəm.

- Qələbə qazandınız, ancaq sən meydanda deyildin. Oynamadığına görə təəssüflənirsən?
- Meydanda olmadığıma görə heyfsləndim. Ancaq bizdə əsas heyətdə oynaya biləcək futbolçu çoxdur.

- Çempionatda düşdüyünüz vəziyyətin səbəbini bəlkə sən deyəsən?
- Çox şey deyə bilərəm, lakin mənim işim futbol oynamaqdı. O haqda danışmaq istəmirəm. Heyət yenidən formalaşdırılanda vaxta ehtiyac duyulur. Ümid edirəm ki, tezliklə düzələcək vəziyyətimiz. Bu da müvəqqətidi.

- Qış fasiləsindən sonra sizdən uğurlu çıxış gözlənilsə də, əksinə oldu...
- Mən də çox şey gözləyirəm.

- Gözləyirdin, yoxsa hələ də gözləyirsən?
- Gözlədiklərim bu müddətdə olmadı. Gözləyirəm ki, bundan sonra hər şey yaxşı olacaq.

- Çempionatın əsas mərhələsi artıq start götürüb. Mükafatçılar sırasında yer ala bilərsiz?
- Əlbəttə, olar. "Neftçi" və "Xəzər Lənkəran" da ilk turda məğlub oldular. Onların xal itirməsi yerinə düşdü. İndi hər şey özümüzdən asılıdı. Hər halda medal qazanmaq şansımız var.

- Səncə, baş məşqçi dəyişikliyi komandaya xeyir verəcək?
- Biz peşəkar futbolçu kimi, məşqçinin kimliyindən asılı olmayaraq, öz işimizi davam etdirməliyik. Birinci gün deyil ki, futbol oynayırıq. Məşqçilərin gəlib-getməsinin bizə dəxli yoxdu.

- Aleksandr Starkov uğursuzluğun əsas səbəbkarı deyilmi?
- Təbii ki, məğlubiyyətlərdə məşqçinin günahı var. Məncə, hər şeyi onun üstünə atmaq da düzgün olmaz. Hərdən oyunumuz yaxşı alınırdı, hərdən də yox. Hamımızın günahı var.

- "Xəzər Lənkəran"da daha yaxşı oynayırdın, nəinki "Bakı"da. Bəs bu niyə belə?
- Səbəbi budu ki, "Xəzər"də başqa taktika ilə oynayırdıq. Orda belə deyildi. Məşqçimiz tapşırırdı ki, geri qayıtma, ancaq irəlidə dayan. "Xəzər"də mən yalnız hücumda lazım idim. Arxaya qayıdıb müdafiədə onlara kömək etməyimə ehtiyacları yox idi. Oyunu mənə görə qururdular. Belədə vəzifəm ancaq qol vurmaq idi.

- "Xəzər Lənkəran"la müqayisədə, "Bakı" fərqli futbol oynayır?
- "Xəzər" üslub baxımından yaradıcı oyuna üstünlük verir. "Bakı"da isə tam fərqlidi. Burda oyun praqmatik gücə hesablanır. Onda hücumçu kimi mənim öhdəmə bir qədər böyük yük düşür. Bunun üçün mən geriyə dönüb top almalı, qol vəziyyətlərini də özüm yaratmalı oluram. Mənim işim isə geridə top almaq deyil, qol vurmaqdı. Ona görə də bir hücumçu kimi kölgədə qalıram, istənilən qol epizodlarını yarada bilmirəm. Hardasa yarımmüdafiə xəttində də çatışmazlıq var. Ortada məni topla təmin etsələr, qollarımı vuraram. Müdafiədə oturub, təsadüfən qol vəziyyəti yaratmaqla həmişə qələbə qazanmaq olmur. Yeni baş məşqçimiz var, o gələndən sonra komandamızın taktikası dəyişib. Biz hücum futbolu oynasaq, daha yaxşı nəticə göstərərik. AZAL-la qarşılaşmada gördüz ki, komandamız necə istəkli idi, hücuma necə həvəslə atılırdı. Bu, artıq yaxşı haldı. Gələn həftələrdə bundan da yaxşı oynaya bilərik. Kubokda sonadək getməyə gücümüz çatar.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.