Klub xəbərləri
- 17.03.2012 / 0 şərh / 1760 -dəfə baxılıb
- “Turan”ın yeni prezidentinin adı müəyyənləşib. Bundan sonra kluba Yaşar İbrahimov başçılıq edəcək. Bölgə klubunun vitse-prezidenti vəzifəsi isə Eltay Aslanova həvalə olunub. O, həm də komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Yaşar İbrahimov 2006-2007-ci illərdə də Tovuz klubuna başçılıq edib. Onun dövründə “Turan” 10-cu yeri tutmuşdu.