Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
26.04.2012 / 0 şərh / 1496 -dəfə baxılıb

FİFA Xəzər Lənkəranın 6 xalını qaytardı

Aprelin 26-da “Xəzər Lənkəran” klubuna FİFA İntizam Komitəsi tərəfindən məktub ünvanlanıb. Məktubda “Xəzər Lənkəran” tərəfindən futbolçu Romulo Silvano Silvaya edilən ödənişin təyin olunmuş əlavə müddət ərzində ödəndiyi və FİFA İntizam Komitəsinin AFFA-ya klubdan 6 xal silinməsi barədə verdiyi sorğunun səhv olduğu vurğulanıb. Bununla da, adıçəkilən məktubda FİFA İntizam Komitəsi həmin sorğunun icrasının AFFA tərəfindən ləğv edilməsi və “Xəzər Lənkəran”ın 6 xalının dərhal bərpa edilməsini AFFA-dan tələb edib:

Məktubun mətnindən çıxarış:

“Diqqətinizə çatdırırıq ki, bizə məlum olduğuna görə “Xəzər Lənkəran” FK tərəfindən oyunçu Romulo Silvano Silvaya ödənilməli olan qalıq məbləğ klub tərəfindən 30 mart 2012-ci il tarixdə ödənilib ki, bu da ödənişin kreditor tərəfindən 13 mart 2012-ci il tarixli məktubda qoyulmuş tarix çərçivəsində həyata keçirildiyi deməkdir. Orada tərəfimizdən məktubun qəbul edilməsindən 3 həftə sonra klubdan xalların çıxılması tələb edilib. Bununla da, xalların silinməsi etdiyimiz sorğunun səhvən və kreditor tərəfindən qoyulmuş müddətdən əvvəl edildiyini bildiririk. Yuxarıda qeyd edilənləri nəzərə alaraq AFFA-dan xalların silinməsi barədə etdiyimiz sorğunun icrasının ləğv edilməsini və “Xəzər Lənkəran”ın silinmiş 6 xalını dərhal bərpa etməsini tələb edirik. Bundan əlavə qeyd edirik ki, bu məktubun surəti İdman Arbitraj Məhkəməsinə CAS/2012/A/2774 saylı işlə əlaqədar göndəriləcək. Sonda bütün məbləğin kreditorun təyin etdiyi müddət çərçivəsində sonuncuya ödənilməsini nəzərə alaraq, sizə məlumat veririk ki, bu məsələ üzrə iş tərəfimizdən yekunlaşdırılır. Diqqətinizə görə təşəkkür edirik və yaradılan hər hansı bir narahatçılığa görə təəssüf etdiyimizi bildiririk”.


Bununla da, “Xəzər Lənkəran” bu məsələdə haqlı tərəf olduğunu rəsmən sübut edib və FİFA İntizam Komitəsi də öz məktubunda bunu təsdiqləyib.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.