Klub xəbərləri
- 09.05.2012 / 0 şərh / 11705 -dəfə baxılıb
- “Komandamızın oyunu günü-gündən yaxşılaşır. “Neftçi” ilə final oyununa çox sakit hazırlaşırıq. İnanıram ki, “Neftçi”yə qarşı oyunumuz yaxşı alınacaq”. Bu sözləri “Bakı”nın futbolçusu Juninyo deyib.
Braziliyalı futbolçu hələ Avropa Liqası barədə düşünmədiklərini bildirib: “İlk öncə “İnter”lə son turun oyununu düşünürük. Daha sonra kubokun finalı haqqında fikirləşəcəyik. Finalda da istədiyimiz nəticəni qazanandan sonra Avroliqa barədə düşünərik”.
Juninyo “Bakı”nın Avropada uğurlu çıxış edəcəyinə inanır: “Avrokuboklarda 3-4 dəfə oynamışam. Amma qrup mərhələsinə vəsiqə qazana bilməmişəm. Bilmirəm bu dəfə necə olacaq. “Bakı” güclü və böyük klubdu. Oyuna yaxşı köklənsək və tam hazır olsaq, yaxşı nəticə qazacağıq