Klub xəbərləri
- 09.05.2012 / 0 şərh / 11911 -dəfə baxılıb
- Superliqa təmsilçisi "Kardemir Karabükspor" baş məşqçi Bülənt Korkmazla vidalaşıb. 10-cu turda komandanı çalışdırmağa razılıq verən mütəxəssis klubu yüksək liqada saxlamağı bacardı, hətta kubokun yarımfinalında oynada bildi.
"Kardemir Karabükspor"un rəhbərliyi Bülənt Korxmaza təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, mütəxəssis əvvəlcə 2009-2010-cu il "Bakı" klubun çalışdırsa da, karyerası uğurlu alınmadığı üçün Türkiyəyə üz tutmuşdu. Klubun prezidenti Hafiz Məmmədov bir müddət öncə açıqlamasında məşqçini yenidən komandasında görməkdən məmnun olacağını bildirmişdi. Korkmaz isə Məmmədovun rəhbəri olduğu istənilən yerdə çalışmağa hazır olduğunu demişdi.