Klub xəbərləri
- 09.05.2012 / 0 şərh / 12763 -dəfə baxılıb
Ağdamın “Qarabağ” klubu heyətini gəncləşdirməyi qarşısına məqsəd qoyub. Bununla əlaqədar olaraq, Qurban Qurbanovun tapşırığına əsasən bir neçə gənc oyunçu ilə danışıqlar aparılır.
Bunlardan biri də müqavilə ilə “Anji”yə məxsus olan, “Sumqayıt”ın üzvü Bədavi Hüseynovdur. Son vaxtlar parlaq çıxışı ilə seçilən və Berti Foqts tərəfindən ara-sıra milliyə də dəvət alan Bədavinin çıxışı Qurban Qurbanovun da diqqətindən yayınmayıb.