Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
09.05.2012 / 0 şərh / 7895 -dəfə baxılıb

İnterdə qalmaq və karyeramı burada davam etdirmək istərdim (Müsahibə)

"İnter"in gürcüstanlı müdafiəçisi İlia Kandelakinin klubun rəsmi saytına müsahibəsi

- Öncədən də məlum idi ki, "Qarabağ"la qarşılaşma "İnter" üçün asan olmayacaq. Belə də oldu. Komanda səfərdə uduzdu. Keçirilən matç barədə fikirlərinizi bilmək istərdik...
- Çətin oyun oldu. Təəssüf ki, həmin gün istədiyimiz alınmadı. Ev sahibləri qapımız önündə daha çox vəziyyət yaratdılar və onlardan biri də qolla nəticələndi. Zənnimcə, matçı heç-heçə ilə başa vurmağa olan həddən artıq istəyimiz bizi pis vəziyyətə saldı. Yəni, biz rəqibin qapısına yol tapmaqdan daha çox qapımızın toxunulmazlığı barədə düşünürdük. "Qarabağ" isə kifayət qədər yaxşı futbol sərgilədi. Yəqin ki, bu, "Qarabağ"ın indiki mövsümdə ən yaxşı oyunlarından biri oldu.

- Sənə elə gəlmir ki, "İnter"in məğlubiyyətə uğramasının səbəblərindən biri rəqibin böyük motivasiyası oldu, hansı ki, bu qarşılaşma Avropa Liqasında oynamağa imkan verəcək zonaya düşmək üçün son şans idi...
- Bu, "Qarabağ" üçün son şans idi və ola bilər onlar qələbə qazanmağı bizdən daha çox istəyirdilər. Axı bizi bu qarşılaşmada heç-heçə də qane edirdi. Onların itirəcəkləri heç nə yox idi və məhz buna görə də böyük qüvvəylə hücuma keçirdilər, daim irəliyə gedirdilər. Lakin bizim də bu oyuna motivasiyamız yüksək idi, amma təəssüf ki, elə ilk dəqiqələrdən oyunumuz alınmadı.

- "Qarabağ"la görüşdə komandada müəyyən yorğunluq hiss olunurdu. Bir aydan çoxdur "İnter" təqribən üç gündən bir meydançaya çıxırdı. Belə vəziyyət futbolçulara bacarıqlarını nümayiş etdirməyə mane olurmu?
- Əlbəttə ki, hər üç gündən bir 90 dəqiqə oynamaq çətindi. Bir də ki, "Neftçi" və "Qarabağ" kimi komandalara və ilk altılıqdakı digər güclü rəqiblərə qarşı oynamaq ağırdı. Axı heç birində rahatlaşmaq olmaz. Lakin bununla belə, qeyd etməyə dəyər ki, bizim digər rəqiblərimiz də eyni qrafik üzrə çıxış edir və hamımız bərabər şərtlərdəyik. Çox şey futbolçulardan da asılıdı, axı bütün oyunçular müxtəlif səviyyədə yorulurlar: biri daha çox, digəri bir az.

- Ancaq "Qarabağ"la oyunda məğlubiyyət "İnter"ə Avropa Liqasına düşmək üçün heç də pis şanslar qoymadı. Bu məqsədə nail olmaq üçün komandamızın mövsümün son oyununda qələbə qazanması kifayətdi...
- Bəli, ən əsası da budu. Bizə diqqətimizi rəqiblərin oyunlarına yönləndirmək yox, "Bakı" ilə oyunda qələbə qazanmaq lazımdı. Yalnız bu halda məqsədimizə nail ola bilərik. Bizim düşüncələrimiz tamamilə "Bakı" ilə keçirəcəyimiz matça yönəlib. Rəqiblərin oyunları barədə isə zənnimcə, düşünməyə dəyməz.

- "Bakı" ilə beşinci gün keçiriləcək oyun barədə nə deyərdin?
- Düşünmürəm ki, bu qarşılaşma asan olacaq və əminliklə deyə bilmərəm ki, biz bu oyunda mütləq qəlib gələcəyik. Əminəm ki, qarşılaşma mübarizə şəraitində keçəcək və hər iki komandaya çətin olacaq. Baxmayaraq ki, "Bakı" çempionata motivasiyasını itirib, bu vəziyyət onlara ötən turda "Neftçi"yə qalib gəlmələrinə mane olmadı. Bu da ondan xəbər verir ki, "Bakı" bizə müqavimət göstərəcək. Bir sözlə, oyun çətin olacaq və avrokuboklara çıxmaq üçün bizə mütləq qalib gəlmək lazımdı.

- "İnter"in avrokuboklara çıxmaq şansını faiz nisbətilə necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, iki vəsiqəyə iddia edən hər üç komandanın şansları təxminən bərabərdi. Axı hər üç komandanın taleyi öz əlindədi, Avropa Liqasına yollanmaq üçün bütün komandalara qələbə qazanmaq kifayətd. "Xəzər Lənkəran" isə hətta heç-heçə də sərf edir. Təkrar edirəm ki, komandaların şansları taxminən bərabərdir və son tur bütün suallara cavab verəcək. Belə də komandaların şansı 50/50-di...

- Yayda sənin "İnter"lə müqavilənin müddəti başa çatır. Maraqlıdı, əməkdaşlığın davam etdirilməsi barədə klub rəhbərliyilə danışıq aparmısan?
- Səmimi desəm, bu barədə hələ söhbət etməmişik. Hazırda qarşıdakı matça köklənmişik, qarşılaşmadan sonra gələcəyimi müəyyənləşdirəcəyəm.

- Maraqlıdı ki, klubla müqavilənizin müddətini uzatmağı istərdinizmi?
- Əlbəttə ki, "İnter"də qalmaq və karyeramı burada davam etdirmək istərdim. Ancaq təkrar edirəm ki, bu məsələlər mövsümün başa çatmasından sonra həlli tapacaq.

 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq13
2AZAL00
3İnter00
4Simurq00
5Bakı00
6Qəbələ00
7AZAL00
8Rəvan10
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

1

16.08.2019
19:00
Keşlə
Qarabağ
0
1
17.08.2019
19:00
Qəbələ
Sumqayıt
-
-
18.08.2019
20:00
Səbail
FC Zire
-
-
19.08.2019
20:00
Neftçi
Sabah
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.