Klub xəbərləri
- 19.05.2012 / 0 şərh / 12243 -dəfə baxılıb
- “Bakı”nın futbolçusu Juninyo “Neftçi” ilə oyunla bağlı fikirlərini bildirib. Finalda möhtəşəm qola imza atan braziliyalı oyunçu qələbəyə layiq olduqlarını bildirib:
“Çox şadam ki, qələbə qazanıb kuboka sahib çıxdıq. Qələbədə payım olduğu üçün ikiqat sevinirəm. Mənim vurduğum qol yox, komandanın qazandığı titul əsasdı. Bu qələbəni təkcə futboçlular yox, klubun rəhbərliyindən tutmuş inzibatçısına qədər hər kəs qazandı. Biz buna layiq idik”.