Klub xəbərləri
- 10.06.2012 / 0 şərh / 12424 -dəfə baxılıb
Avstriyanin Kirxdorf şəhərciyində təlim məşq toplanışını davam etdirən komandamız gündə iki dəfə olmaqla hazırlıq keçir. Məşqçilər korpusu əsasən futbolçuları fiziki planda hazırlmaq yönündə çalışmalar üzərində işləyir.
Hazırda komandamızın düşərgəsində baxışda olan iki futbolçu var ki, bunlar Latviyanın "Gulbene" klubunda çıxış edən yapon futbolçu Saito Yosuke və Hollandiya Erediviziyasından "Ekselsior"un forvardı Yason Oostdur. Hər iki futbolçu haqqında məşqçilər korpusu bir neçə gündən sonra dəqiq qərar verəcək.
Bu gün isə Azərbaycan millisinin toplanışında olduğuna görə qısa müddətli istirahət verilmiş üç futbolçumuz - Kamran Ağayev, Elnur Allahverdiyev və Rahid Əmirquliyevdə Avstriyaya yola düşəcək.