Klub xəbərləri
- 11.06.2012 / 0 şərh / 12043 -dəfə baxılıb
Paytaxt təmsilçisi təxminən 20 günlük fasilədən sonra hazırlıqlara start verdi.
Azərbaycan Kubokunu qazanmaqla avrokuboklara vəsiqə qazanan “Bakı” qarşıdakı Avroliqa turniri və növbəti mövsümün hazırlıqlarına klub bazasında keçirdiyi yüngül məşqlə başladı.
Saat 19:00-da klubun təlim-məşq bazasında məşqə çıxan futbolçular baş məşqçi Novruz Əzimovun nəzarəti altında fiziki təmrinlər üzərində çalışdılar. 15 futbolçunun iştirak etdiyi məşq 1 saat davam etdi. Növbəti məşq sabah eyni məkanda baş tutacaq.