Klub xəbərləri
- 11.06.2012 / 0 şərh / 12981 -dəfə baxılıb
`Qarabağ` futbol komandası hazırda istirahətdə olsa da, transfer çalışmaları davam edir.
Ansi Aqolli, Admir Telinin ardından komandamız daha 5 futbolçuyla müqavilə yeniləyib. Belə ki, Zaur Həşimov, Emin İmaməliyev, İlqar Qurbanov, Kamil Hüseynov və Tural İsgəndərov növbəti mövsümdə də `Qarabağ`ın uğurları üçün tər tökəcəklər. 2008-ci ilin yanvar və avqustunda `Qarabağ`a gələn Zaur və Emin, eyni zamanda il yarımdı komandamızın şərəfini qoruyan İlqar Qurbanovla 1 il, komandamızda 3 ilini arxada qoyan Tural İsgəndərov və komandamızın yetirməsi Kamil Hüseynovla 3 illik müqavilə imzalanıb.