Klub xəbərləri
- 25.01.2012 / 0 şərh / 1792 -dəfə baxılıb
Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qəbələ" klubu bu gün növbəti yoxlama matçına çıxıb. Fatih Kavlakın komandası Ukraynanın "Krivbass" klubu ilə qarşılaşıb. Matç Qəbələ təmsilçisinin 2:1 hesablı məğlubiyyəti ilə bitib.
Türkiyədə ilk matçını Qazaxıstanın "Atırau" klubuna qarşı keçirən "Qəbələ" rəqibinə 2:1 hesabı ilə məğlub olmuşdu.
"Qəbələ"nin start heyəti: Pavel Doroşev, Saşa Yunisoğlu, Daniel Kruz, Lyubo Baranin, Mahir Şükürov, Bruno da Silva, Veselko Trivunoviç, Deon Burton, Luis Hilario Dodo, Viktor Mendi, Yannik Kamanan.
"Qəbələ" - "Krivbass" - 1:2
Qol: Arif İsayev, 75