Klub xəbərləri
- 27.01.2012 / 0 şərh / 1813 -dəfə baxılıb
- Antalyada təlim-məşq toplantısında olan Ağdamın "Qarabağ" klubu bu gün növbəti yoxlama oyununa çıxıb. Sayca üçüncü sınağında Qurban Qurbanovun yetirmələri Rumıniyanın “Vasluy” komandasıyla qarşılaşıb.
Hər iki komandann bir dəfə fərqləndiyi matç sülhlə yekunlaşıb - 1:1. Oyunda hesabı Rumıniya klubu açsa da, "Qarabağ" ikinci hissədə Zaur Həşimovla status-kvonu bərpa edə bilib.
Qeyd edək ki, Ağdam təmsilçisinin Türkiyədəki ilk rəqibi Qazaxıstanın “Taras” komandası olmuşdu. Həmin görüşdə ağdamlılar məğlubiyyətlə üzləşmişdilər - 0:1. Avstriyanın “Rid” klubu ilə görüşdə də Qurbanovun yetirmələri yenilən tərəf olmuşdu -1:3.
"Qarabağ" - "Valsuy" - 1:1
QOL: Zaur Həşimov, 59 (1:1)