Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
29.01.2012 / 0 şərh / 2422 -dəfə baxılıb

Mahir Şükürov: Millidə “suka”lar çoxdur (Müsahibə)

Azərbaycan yığmasının və “Qəbələ” klubunun futbolçusu Mahir Şükürovun müsahibəsi

- Öncə hazırlıq barədə danışaq. Toplanış necə keçir?
- Hazırlığın 1-ci mərhələsi yanvarın 9-dan 19-dək Qəbələdə oldu. Fiziki hazırlıq üzrə məşqlərimiz yaxşı keçdi. Sonra burda toplanışa başladıq. 2 yoxlama oyunu da keçirdirik. Məncə, qarşıdakı günlərdə “Qəbələ” çempionata tam hazır olacaq.

- Keçirdiyiniz hər 2 oyunda məğlubiyyətə nə səbəb oldu?
- Uduzmaq istəməzdik. Lakin bu çempionat oyunu deyil. Düzdür, qələbə qazananda əhval-ruhiyyə yaxşı olur. Əsas odur ki, burda buraxdığımız səhvləri çempionatda təkrarlamayaq. Həm də yoxlama görüşlərində 2 fərqli heyətlə oynayırıq.

- Kənardan baxanda hiss olunur ki, futbolçuların toplanışlardan xoşu gəlmir. Buna səbəb nədir?
- Bəli, elədir. Çünki istirahətdən sonra toplanışa başlayırsan, ayaqlar ağrıyır və s. Psixoloji yorğunluq, dilxorçuluq yaranır.

- Amma tənbəllik peşəkar futbolçuya yaraşmır...
- Bu, tənbəllikdən irəli gəlmir. İstər-istəməz futbolçu da yorulur. Çempionat oyunu çox olsa, toplanış keçməkdənsə daha çox oynamaq yaxşıdır. Avropada bizdən çox toplanış keçən ölkə yoxdur. Bizdə 1-1,5 ay toplanış olur. Avropada daha çox oynayırlar. Amma onlarda o qədər yorğunluq olmur.

- Komandanınızın qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulub. Məqsədə çatmasanız, bunu faciə kimi qiymətləndirmək olar?
- Düzdür, məqsədimiz avrokuboklara çıxmaqdır. 3-4-cü yeri tutub, buna nail olmaq istəyirik. Bu vəzifənin öhdəsindən gəlməliyik. Amma avrokuboklara vəsiqə qazana bilməsək, bunu faciə kimi qələmə vermək olmaz.

- Futbolçu kimi kənardan baxanda, hakimlərin hansısa komandaya rəğbət bəslədiyi hiss olunurmu?
- Bildiyiniz kimi, hakimlər də hazırda Antalyada toplanışdadırlar. Ümid edirəm ki, ilk yarıda buraxdığı səhvləri bundan sonra təkrarlamazlar. Aralarında təcrübəliləri də var. Məsələn, Fariz Yusifov. Ona rəğbətim var. Amma “Neftçi” ilə oyunumuzu yada salaq. Son dəqiqələrdə qapımıza penalti verildi. Halbuki, həmin epizodda heç bir qayda pozuntusundan söhbət belə gedə bilməzdi. Belə hallar yığışdırılmalıdır. Biz olmasaydıq, həmin hakim meydandan sağ çıxmayacaqdı. Onu yaba ilə öldürərdilər. Azarkeşlər də belə şeyləri görəndə iyrənirlər.

- Bu toplanışdan sonra millimiz Dubayda bir araya gələcək. Yəqin ki, Fələstinlə yoxlama oyunu barədə məlumatlısınız...
- Səmimi deyim, Fələstin millisinin adını eşitməmişəm. Amma AFFA seçibsə, oynamalıyıq. Səfər oyunları yaxşıdır. Çünki səfərdə nəticə qazana bilmirik. Evdə nəticə qazanırıq. Belə matçlar çox olmalıdır ki, səfərdə oynamağa öyrəşək. Bir də millidə legionerlər az olmalıdır ki, özümüzünkülər də oynaya bilsin.

- Sizinlə burda razılaşmaq olmur. Məsələn, Aleksandr Çertoqanov bir çox yerli futbolçuya nümunə ola bilər...
- Çertoqanov dostumdur, qardaşımdır, milliyə də layiqdir. Təki legionerlər hamısı onun kimi olsun.

- Bəs hansı futbolçudur ki, onun yığmaya layiq olmadığı düşünürsünüz?
- Ad çəkmək istəmirəm, amma özləri yaxşı bilirlər.

- Milli komandada bəzi futbolçuların xəbərçilik etdiyi deyilir. Bəlkə onları nəzərdə tutursunuz?
- Millidə “suka”lar çoxdur. Mən o futbolçuları kişi saymıram. Yığma bir ailədir. Ailədə olan söhbəti kənara çıxarmaq kişilik sayılmır. Kimsə kiməsə paxıllıq edirsə, milliyə layiq deyil. Yığmaya kişi kimi gəlib, kluba da kişi kimi qayıtmalısan. 1000 cür sifət göstərirlər. Onların üzündən milliyə də getmək istəmirəm.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.