Klub xəbərləri
- 29.01.2012 / 0 şərh / 2530 -dəfə baxılıb
Antalyanın Bələk bölgəsində hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün Türkiyədə üçüncü sınaq matçında qüvvəsini sınayıb. Bölgə təmsilçisi Ruminiyanın "Vitorul Konstanta" klubu ilə qarşılaşıb.
Matç Qəbələ təmsilçisinin minimal hesablı qələbəsi ilə bitib. Yeganə qolu 38-ci dəqiqədə Dodo vurub.
"Qəbələ" Türkiyədəki ilk sınaq matçında Qazaxıstanın "Atırau" klubuna məğlub olmuşdu - 1:2. Fatih Kavlakın komandası növbəti görüşdə Ukraynanın "Krivbass" klubuna da eyni hesabla (1:2) uduzmuşdu.
"Qəbələ" - "Vitorul Konstanta" - 1:0