Klub xəbərləri
- 30.01.2012 / 0 şərh / 1945 -dəfə baxılıb
- "Neftçi" PFK Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununu keçirib. Flaqman Ukraynanın "Metallist" klubu ilə qarşılaşıb. Görüş 3:1 hesabı ilə xarkovluların xeyrinə başa çatıb. “Neftçi”dən Slavço Georgievski (dəq.23), rəqibdən isə Kleyton (dəq.15), Blanko (dəq.37) və Ezekel Conatan (dəq.79) fərqlənib.
Qeyd edək ki, “Neftçi” turnirdə ikinci matçını Polşanın “Poloniya” klubuna qarşı keçirəcək.