Klub xəbərləri
- 07.02.2012 / 0 şərh / 1837 -dəfə baxılıb
- “Xəzər Lənkəran” klubuna keçidimdə təklifin maddi tərəfinin də rolu oldu. Etiraf edim ki, verdiyim qərara bu amil də az təsir etməyib”. Bu sözləri Kosta-Rika milli komandasının futbolçusu Rendall Brenes deyib.
Öz ölkəsinin “Kartagin” klubundan “Xəzər Lənkəran”a keçmək üzrə olan “El-Çiki” ləqəbli hücumçu Mərkəzi Amerikada futbolda böyük pulların olmamasından gileylənib: “Avropa və Asiyada bu məsələ daha yaxşıdır. Bu üzdən bir çox futbolçu kimi, mən də vətəni tərk etdim. Ümid edirəm ki, bir gözəl gün gələcək və Kosta-Rika klubları da elə yaxşı durumda olacaq”.
Qeyd edək ki, Brenes agenti Adolfo Ernandes və “Kartagin”in prezidenti Xose Luis Rodrigeslə birlikdə Türkiyənin İstanbul şəhərinə yollanıb. Buna səbəb “Xəzər Lənkəran”la danışıqların orada yekunlaşdırılmasıdır