Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
07.02.2012 / 0 şərh / 1744 -dəfə baxılıb

Növbəti turun oyunları keçiriləcəkmi? (Sorğu)

Futbol üzrə Unibank Premyer Liqasında XIX turun oyunlarının baş tutması sual altına düşüb. Qarşıdakı tura fevralın 10-da 2 görüşlə start verilməli, daha 4 matç isə ertəsi gün keçirilmədir.

Amma hələ də oyunların başlama saatı və yeri açıqlanmayıb. Buna səbəb kimi havaların kəskin soyuması göstərilir. Fevralın 7-də səhər saatlarından baş verən iqlim dəyişikliyinin üç gün davam edəcəyi bildirilir. Güclü qar yağacağı, şaxta olacağı, yolların buz bağlayacağı gözlənilir.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bütöv bir turun təxirə salınmasının gündəmdə olmadığını söyləyib. Musayevin sözlərinə görə, təxirəsalma stadionlardakı vəziyyətdən asılı olacaq: “Turun bəzi görüşləri süni örtüklü meydançalarda keçiriləcək. Belə meydançalardan qarı təmizləmək çətindir. Çünki süni örtük zədələnə bilər. İndidən konkret qərar verə bilmirik. Meydançaların durumunun oyun keçirmək üçün əlverişsiz olmasına dair hər hansı bilgi alsaq, matçı təxirə sala bilərik. Amma hələlik bizə belə bir məlumat verilməyib”.

Kəskin hava şəraiti fevralın 9-da günorta saatlarınadək davam edəcək. Bu isə o deməkdir ki, təxirə salınma olarsa, daha çox ertəsi gün keçiriləcək oyunlara şamil edilə bilər. Başqa sözlə, AZAL – “Sumqayıt” və “Qarabağ” – “Simurq” matçlarının keçirilməməsi mümkündür. Bu oyunlardan birincisi Bakının Şüvəlan qəsəbəsindəki süni örtüklü AZAL stadionunda, digəri isə Ağdamın Quzanlı qəsəbəsindəki Olimpiya Kompleksinin təbii ot örtüklü meydançasında baş tutmalıdır.

AZAL-ın mətbuat katibi Eldəniz Yusifov meydançanın qardan təmizləndiyini və hazırda oyunun təşkili üçün heç bir problemin olmadığını söyləyib. Lakin onun fikrincə, əlverişsiz hava şəraiti yaransa, matçın təxirə salınması üçün PFL-ə müraciət etməyə ehtiyac qalmayacaq: “Yəqin ki, bu halda PFL-in özü mövcud vəziyyəti nəzərə alacaq”.

“Qarabağ”ın baş direktoru Əmrah Çelikəl isə bildirib ki, hazırda Ağdamda da yağıntılı hava şəraiti müşahidə edilir, lakin meydança oyun üçün yararsız vəziyyətdə deyil: “Hələlik matçın təxirə salınması üçün müraciət etməyimizə bir səbəb yoxdur. Amma ehtiyac yaransa, PFL-ə baş vuracağıq”.

Qeyd edək ki, təqvimə əsasən, fevralın 11-də Tovuzda “Turan” – “Xəzər Lənkəran”, Gəncədə “Kəpəz” – “Qəbələ”, paytaxtda isə “İnter” – “Rəvan” və “Bakı” – “Neftçi” matçları keçirilməlidir.
 
Müəllif: azerifootball.com     Mənbə: lent.az

Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.