Klub xəbərləri
- 08.02.2012 / 0 şərh / 1754 -dəfə baxılıb
- Ukrayna mətbuatı “Qarabağ”ın futbolçusu Ansi Aqollinin bu komandanı tərk etməsi barədə xəbər yayıb. Həmkarlarımız albaniyalı müdafiəçinin əvvəllər çıxış etdiyi Krivoy-Roqun “Krivbass” klubuna qayıtdığını bildirib.
Məlumatda Aqollinin "Qarabağ"da icarə qaydasında oynadığı deyilsə də, hələ ötən mövsümün sonu Ağdam klubunun rəsmi saytı alban futbolçuyla müqavilənin 1,5 il - yəni bu ilin dekabrın sonuna qədər uzatması barədə məlumat yayıb.
Bundan başqa, fevralın 4-də Aqollinin “Qarabağ”la birgə Antalyadakı hazırlıq toplanışından Bakıya dönməsini də qeyd edək..