Klub xəbərləri
- 08.02.2012 / 0 şərh / 1767 -dəfə baxılıb
- “Xəzər Lənkəran” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib. Xorvatiyalı yarımmüdafiəçi Roberto Alviz klubla 2 illik müqavilə imzalayıb.
27 yaşlı oyunçu əvvəllər ölkəsinin “Sibenik” və “Medjimurye”, Avstriyanın “Holeneq” və “Lizen”, həmçinin Albaniyanın “Flamurtari” və “Kastrioti” klublarında çıxış edib. Alvizin son iş yeri isə Kipr çempionatında mübarizə aparan “Anagennisi Deriniya” klubu olub. Hazırkı mövsümün ilk yarısında futbolçu 16 oyunda meydana çıxıb və 3 dəfə fərqlənməyi bacarıb.
Qeyd edək ki, Roberto Alvizdən öncə bolqarıstanlı müdafiəçi Radomir Todorov da “Xəzər Lənkəran”la 2 il müddətinə müqavilə bağlayıb.