Klub xəbərləri
- 08.02.2012 / 0 şərh / 1792 -dəfə baxılıb
“Ansi Aqollini geri qaytardığımız barədə xəbərlər həqiqətə uyğun deyil”. Bunu Ukraynanın “Krivbass” futbol klubunun mətbuat katibi Yuri Rasputin deyib.
O bildirib ki, “football.sport.ua” saytı Almaniyanın “transfermarket.de” saytındakı məlumata əsaslanaraq, qeyri-dəqiq məlumat yayıb: “Biz Aqollini 2010-cu ilin yayında “Qarabağ”a icarəyə vermişik. Sonra “Qarabağ” onun transfer hüququnu bizdən alıb. Hazırda bizim belə bir futbolçumuz yoxdur. Jurnalist isə “transfermarket.de” saytına baxıb və oradan Aqollinin qiymətini və guya bizə məxsusluğunu gördükdən sonra belə bir xəbər yayıb. Əslində isə bu, tamamilə yanlış məlumatdır”.
Hazırda “Krivbass”ın heyətini komplektləşdirdiyini deyən Romanov Ukraynada “transfer pəncərəsi”nin bağlanacağı martın 1-dək Azərbaycandan heç bir futbolçu almaq niyyətində olmadıqlarını vurğulayıb.