Klub xəbərləri
- 08.02.2012 / 0 şərh / 1878 -dəfə baxılıb
- Qapıçı axtarışında olan "Rəvan"ın AZAL-da əsas heyətə düşə bilməyən Amil Ağacanovun keçidini həll edə bilməmısi haqda xəbər vermişdik. Premyer Liqanın debütantı qolkiperlə anlaşmışdı. Hətta Amil bir neçə gün komandanın məşqlərində iştirak etmişdi. Amma son anda "təyyarəçilər" qolkiperi buraxmaqdan imtina etmişdi.
Transfer pəncərəsinin son günlərində ciddi problemlə üzləşən "Rəvan" başqa variantları nəzərdən keçirirdi. Vladislav Qədirovun qovulmasından sonra yenidən baş məşqçi vəzifəsinə gətirilən Bəhmən Həsənov qapıçı problemini həll edib.
Bir müddət öncə Qədirovun göstərişi ilə "Rəvan"dan ayrıldıqdan sonra "Turan"a üz tutan qardaşlar - qapıçı Davud Kərimi və yarımmüdafiəçi Natiq Kərimi yenidən paytaxta qayıdıblar.
"Rəvan" daha öncə Elmar Yəhyabəyovu ("Şahdağ"), Ramil Nuriyevi ("Sumqayıt"), Orxan Lalayevi ("Şuşa"), Asif Zeynalovu ("Bakılı"), Vüsal Qarayevi (AZAL) və Məhərrəm Müslümzadəni ("Turan") transfer edib.