Klub xəbərləri
- 09.02.2012 / 0 şərh / 1749 -dəfə baxılıb
- Sumqayıt” növbəti transferini rəsmiləşdirib. Futbolçu karyerasına Moskva “Spartak”ında başlayan Ruslan Məcidov yeni komandası ilə 1,5 illik müqaviləyə imza atıb.
26 yaşlı qolkiper paytaxt klubundan başqa, Rusiyanın “Kristall”, “Vidnoye” və “Anji” kimi klubların formasını geyinib. 2006-07 mövsümündə Polşanın “Vidzev” klubunda çıxış edən Məcidov “Neftçi”, “Gənclərbirliyi” və “Gəncə”nin şərəfini qoruyub.
Məcidov “Sumqayıt”a keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Sumqayıt”a keçidimə görə çox şadam. İndi əvvəlkindən daha çox çalışmalıyam. Öz üzərimdə işləyib əvvəlki formamı qaytaracağıma inanıram”.
Qeyd edək ki, “Sumqayıt” Məcidovdan əvvəl Uğur Pamuk, Tərlan Quliyev və Yasin Abbasovu heyətinə qatmışdı.