Klub xəbərləri
- 10.02.2012 / 0 şərh / 1860 -dəfə baxılıb
- “Xəzər Lənkəran” klubu qış transfer dövrünün son günündə daha 2 futbolçu ilə güclənib. Bunlar Kosta-Rika millisinin hücumçusu Rendel Brenes və Türkiyə “Beşiktaş”ının yarımmüdafiəçisi Mehmet Akyüzdür.
Breneslə 2 illik müqavilə imzalanıb. Son mövsümü ölkəsinin “Kartagines” klubunda keçirmiş 28 yaşlı oyunçu cari mövsümdə meydançaya çıxdığı 21 oyunda 14 dəfə fərqlənib.
Mehmet Akyüzün keçidi isə icarə əsasında razılaşdırılıb. Yaxın zamanda türk futbolçunun da Lənkəran təmsilçisinin sıralarına qoşulacağı gözlənilir.