Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
10.02.2012 / 0 şərh / 2100 -dəfə baxılıb

ŞOK! Mehmet Ak "Neftçi"ni sanksiya ilə hədələyir

Böyükağa Hacıyevin gəlişindən sonra “Neftçi”nin əsas heyətinin məşqçilər korpusunda dəyişikliklər baş verdi. Veteran futbolçular Tərlan Əhmədovla Kamal Quliyevi komandaya cəlb edən Hacıyev fiziki hazırlıq üzrə məşqçi Mehmet Akla əməkdaşlığa son qoydu.

Əsas heyətdən uzaqlaşdırılan Ak aşağı yaş qrupunda qısamüddətə fəaliyyət göstərsə də, sonradan bu iş də baş tutmadı.

Özünün dediyinə görə, 2013-cü ilə qədər klubla müqaviləsi olan Ak bir növ havada qaldı. Əvvəlcə 1 aya yaxın Türkiyədə gözləmə mövqeyi tutan Ak cəhdlərinin nəticəsiz qaldığını görərək ağır bir işə əl atıb.

Belə ki, gənc mütəxəssis işdən dünyanın ən ali qrumu FİFA-nı da xəbərdar etməyi vacib bilib. Ak məsələ ilə bağlı artıq FİFA-a şikayət məktubu göndərib. Akın tələbi ilə əlaqədar olaraq, “Neftçi”yə bildiriş məktubunun daxil olması gözlənilir.

“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanovun münasibəti isə bir qədər fərqli olub. Həmişə təfərrüatları ilə danışmağı xoşlayan Süleymanov məsələni bir cümlə ilə izah edib: “Klubla müqaviləsi qüvvədə olan AK ötən ilin sonlarında klubun düşərgəsini tərk edib və geri qayıtmayıb”.

Qeyd edək ki, Azərbaycanda “Neftçi”dən başqa Qarabağda da işləmiş Ak həm ölkə kubokunun qalibi, həm də Azərbaycan çempionatının qızıl medalçısıdır.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.