Klub xəbərləri
- 10.02.2012 / 0 şərh / 1919 -dəfə baxılıb
- Kosta-Rika millisinin hücumçusu Rendal Brenesin transfer məsələsini rəsmən həll edən, Türkiyənin "Beşiktaş" klubunda çıxış edən yarımmüdafiəçi Məhmət Akyüzün icarə əsasında keçidini razılaşdıran "Xəzər Lənkəran" daha bir futbolçunu transfer etməyə hazırlaşır.
Bu, bir neçə gün əvvəl Belqradın "Rad" klubu ilə müqavilə imzalayan Stevan Batesdi. Artıq cənub təmsilçisi də bu xəbəri təsdiqləyib.
Bates "Bakı"dan bu qış fasiləsində Aleksandr Starkovun istəyi ilə ayrılmışdı. Nəticədə təcrübəli müdafiəçi ölksəindən olan "Rad" klubuna transfer olunmuşdu.
Amma Belqrad təmsilçisi futbolçunun xidmətində maraqlı olan "Xəzər Lənkəran"la danışıqlardan sonra onu icarəyə verməyə razı olub. Bates cənub klubunda icarə əsasında çıxış edəcək.
Bates "Xəzər Lənkəran"a keçidini Serbiya mətbuatına açıqlamasında belə izah edib: "Mən "Bakı"da oynayanda, o vaxt komandanın baş məşqçisi Cüneyt Biçər idi. İndi o, "Xəzər Lənkəran"ı çalışdırır. Tükiyəli mütəxəssis mənə zəng etdi, təklif irəli sürdü. Mən də bu təklifin sərfəli olduğunu görüb, onu müsbət cavablandırmağı qərara aldım".
Bates 2009-2012-ci illərdə qısa fasilə ilə iki dəfə "Bakı"da çıxış edib - 58 oyun. 30 yaşlı serb müdafiəçi bundan başqa Serbiyanın "Jelejniçar", "Jelejnik", "Rad", Rusiyanın "Alaniya", Fransanın "Çateaurouks", Norveçin "Tromse" klublarında çıxış edib.