Klub xəbərləri
- 10.02.2012 / 0 şərh / 1782 -dəfə baxılıb
- Xəbər verdiyimiz kimi, fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. AFFA rəhbərliyinin və Azərbaycan milli komandasının baş məşqçisinin qərarına əsasən, Unibank Premyer Liqasında çıxış edən bütün klubların baş məşqçiləri AFFA-nın vəsaiti hesabına Dubay şəhərinə aparılacaq. Klubların baş məşqçiləri fevralın 26-dan martın 1-dək millinin toplanışını, həmçinin hazırlıq prosesi çərçivəsində 2 yoldaşlıq oyununu izləyəcək, təcrübə mübadiləsi aparacaqlar.