Klub xəbərləri
- 11.02.2012 / 0 şərh / 1984 -dəfə baxılıb
Zaqatalanın “Simurq” klubu növbəti transferini həyata keçirib. “Yuventus”un sabiq oyunçusu Sergey Kovalenkonu bəyənməyən baş məşqçi Sergey Yuran hücum xəttindəki problemi Azərbaycan futboluna çox yaxşı bələd olan bir oyunçu ilə aradan qaldırıb.
Belə ki, Zaqatala təmsilçisi hamımızın yaxşı tanıdığı Moldova milli komandasının üzvü Anatoli Doroşu rəsmən sıralarına cəlb edib. 29 yaşlı hücumçu azad agent kimi keçdiyi “Simurq”la mövsümün sonuna qədər müqavilə imzalayıb.
Son olaraq, Qazaxıstan klubunda oynamış Doroş Azərbaycan çempionatında bir sıra klubların şərəfini qoruyub. Təcrübəli oyunçu “MKT Araz”, “Karvan”, “Standard”, “Olimpik” kimi klubların uğurları üçün çalışıb.