Klub xəbərləri
- 11.02.2012 / 0 şərh / 1776 -dəfə baxılıb
“Hamı bilir ki, toplanışlar çempionata hazırlıqların vacib mərhələlərindən biridi. Bunu anlayaraq biz də böyük arzuyla məşq etdik və məşqçi heyətinin bütün tapşırıqlarını yerinə yetirməyə çalışdıq”. Bu sözləri “İnter”in futbolçusu Asif Mirili deyib.
Gənc yarımmüdafiəçi çempionata hazır olduqlarını bildirib: “Yaxşı hazırlaşdığımızı düşünürəm və bu toplanışların nəticəsini çempionatdakı uğurlarda görməyi arzulayıram. Biz növbəti oyunlara ciddi köklənmişik və çempionatın ikinci hissəsinin başlanmasını səbrsizliklə gözləyirik. Təbii ki, asan olmayacaq, ancaq mübarizəyə də, rəqabətə də köklənmişik. Hər şey öz əlimizdədi və məqsədimizə doğru irəliləmək niyyətindəyik!”.